Gah gözdə, gəh könüldə xədəngin məkan tutar,Hər qanda olsa qanlını, əlbəttə, qan tutar.
Dil çəksə, nola, canü təni xaki-kuyinə,Xarü xəs iltər onda ki, quş aşiyan tutar.
Zikri-ləbinlə zülfünə can buldu dəstrəs,Onun kimi ki, oxuyub əfsun ilan tutar.
Dil tutdu qönçə ilə bərabər dəhanını,Bu əqli-naqis ilə özün xurdədan tutar.
Xurşid xirməninə ura şö’lə-şö’lə od,Ahım ki, ləhzə-ləhzə rəhi-asiman tutar.
Can eylədikdə meyli-təmaşayi-qamətin,Göz rövzənin sirişki-rəvanım rəvan tutar.
Tutmaq dilər qapında Füzuli məqam, leykBu sirri kimsəyə aça bilməz, nihan tutar.