Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Əgər murad isə vermək səfayi-cövhəri-ruh

Qəzəllər
Əgər murad isə vermək səfayi-cövhəri-ruh,Fələk misal yürüt sağəri-şərabi-səbuh.
Buyurma tövbə mənə ol şərabdan nasehKi, görsə onu tutar cəzm tərki-tövbə Nəsuh.
Hücumi-qəmdə mənə onu etdi zövrəqi-meyKim, etmədi onu tufan olanda kəştiyi-Nuh.
Müdam çeşmimə qan doldurur xədəngi-qəmin,Yuva başımda tutan quşları edib məcruh.
Dil oldu daği-fəraqinlə şərhə-şərhə, vəliNə sud, çün sənə olmadı hali-dil məşruh.
Tənimdə sancılı navəklərinlə şadəm kim,Dəri-bəla bu kilid ilədir mənə məftuh.
Füzuli oldu belin fikri ilə muy misal,Hənuz bulmadı ol sirrə ehtimali-vüzuh.