Xoşam kim, dəmbədəm giryan gözüm ol xaki-padəndir.Ziyanı olmaz ol göz yaşının kim, tutiyadəndir.
Dəmadəm mərdümi-çeşmim içər qan zülfü xalından,Bəli əksər mə’aşi əhli-dəryanın qəradəndir.
Demə Fərhad qanın tökmüş ancaq eşq şəmşiri,Mənim gör qanlı yaşım kim, bu həm ol macəradəndir.
Müənbər sünbülündən almadan bu, olmadım rüsva,Bu rüsvalıq mənə səndən degil, badi-səbadəndir.
Hübabi-əşk içində muyi-julidəmlə xoşhaləm,Başımda bu humayun sayə ol ali binadəndir.
Vəfa rəsmin unutmuşsan deyə, incinməzəm zira,Bu kim, məndən cəfa kəm eyləməzsən, həm vəfadəndir.
Kəmali-hüsni-məşrəb, ari olmaqdır təərrüzdən,Riya əhlinə həm çox e’tiraz etmək riyadəndir.
Füzuli, tökmə çox yaş, ehtiyat et getməsin nagəhGözündən sürmə kim, xaki-rəhi-əhli-səfadəndir.