Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Canlar verib, sənin kimi cananə yetmişəm

Qəzəllər
Canlar verib, sənin kimi cananə yetmişəm,Rəhm eylə kim, yetincə sənə canə yetmişəm.
Şükraneyi-vüsalinə can verdigim bu kim,Çox dərd çəkmişəm ki, bu dərmanə yetmişəm.
Halım deyib, muradıma yetsəm əcəb degil,Bir bəndəyəm ki, dərgəhi-sultanə yetmişəm.
Muri-mühəqqərəm ki, sərasimə çox gəzib,Nagah barigahi-Süleymanə yetmişəm.
Bir bülbüləm ki, gülşən olubdur nişimənim,Ya tutiyəm ki, bir şəkəristanə yetmişəm.
Dövri-fələk müyəssər edibdir muradımı,Guya ki, talibi-gühərəm, kanə yetmişəm.
Miskin Füzuliyəm ki, sənə tutmuşam üzüm,Ya bir kəminə qətrə ki, ümmanə yetmişəm.