Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Aftabi-tələtin tutduqca övci-irtifa

Qəzəllər
Aftabi-təl’ətin tutduqca övci-irtifa’,Qətli-əhli-eşqə tiği-qəmzədir ondan şüa’.
Dəşt tutmaq adətin qoymuşdu Məcnun eşqdə,Şöhreyi-şəhr olmağın rəsmin mən etdim ixtira’.
Zərq dəryasında bir xaşakdır kim, cizginirSufiyi-şəyyad kim, dövran tutub eylər sima’.
Keçdigim dünyavü üqbadən səninçün oldu faş,Doğru derlər: "küllü sirrin cavəzəl-isneyni şa’".
Ol büti-sərkəş gəlir, salmış cəmalından niqab,Ey səlamət əl-firaq, ey əqlü iman, əlvida.
Canü dil bir ömrdür tiğinçün eylərlər cədəl,Girmədən tiğin sənin ortayə, qət’ olmaz niza’.
Ey Füzuli, axirət mülkünə lazımdır səfər,Böylə fariğ, təqvadən mühəyya qıl məta’.