Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Ey fəraqi-ləbi-canan, ciyərim xun etdin

Qəzəllər
Ey fəraqi-ləbi-canan, ciyərim xun etdin,Çöhreyi-zərdimi xunab ilə gülgun etdin.
Ciyərim qanını göz yaşına tökdün, ey dil,Varə-varə onu Qülzüm, bunu Ceyhun etdin.
Necə hüsn ilə səni Leyliyə nisbət qılayım,Bilməyib qədrimi tərki-məni-Məcnun etdin.
Söylədin kim, tutaram şad könüllərdə məqam,Şad ikən, bu söz ilə könlümü məhzun etdin.
Əhd qıldın ki, cəfa kəsməyəsən aşiqdən,Aşiqi vədeyi-ehsan ilə məmnun etdin.
Cürə-cürə mey içib, ziba-cəmal artırdın,Zərrə-zərrə gözümün nurini əfzun etdin.
Ey Füzuli, axıdıb seyli-sirişk ağlıyalı,Eşq əhlinə fəğan etməyi qanun etdin.