Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Xəm qədilə ağılaram ol türreyi-tərrarsız

Qəzəllər
Xəm qədilə ağılaram ol türreyi-tərrarsız,Gərçi derlər çəngdən çıxmaz tərənnüm tarsız.
Sineyi-çakimdən əksik etmə tiri-qəmzəni,Ey güli-rə’na, bilirsən kim, gül olmaz xarsız.
Saxlamazdım navəkin gözdə, bəlasın çəkməsəm,Su verib ol nəxli bəslərdimmi olsa barsız?
Yol azarsan zülməti-heyrətdə, ey dil, vaqif ol,Zinhar, ol kuyə varma ahi-atəşbarsız.
Giryəyi-zar ilə xoşhaləm ki, bəhri-eşqdə,Əşksiz göz bir sədəfdir, lö’löi-şəhvarsız.
Canə azari-xədəngin xoş gəlir, ey qaşı yay,Bir sifariş qıl ki, bizdən ötməsin azarsız.
Zöhddən keçməz Füzuli, eyləməz tərki-riya,Pənd çox verdim, eşitməz arsızdır, arsız.