Səcdədir hər qanda bir büt görsəm, ayinim mənim,Xah mö’min, xah kafər tut, budur dinim mənim.
Bağiban, şümşadü nəsrinin mənə ərz etmə kim,Ol qədü rüxsardir şümşadü nəsrinim mənim.
Xaki-dərgahin nəzərdən sürmə, ey seylabi-əşk,Qılma zaye’ sürmeyi-çeşmi-cəhanbinim mənim.
Əşk mövci gəzdirir hər yan tənim xaşakini,Mümkün olmaz əşk təhrikilə təskinim mənim.
Çarə umdum lə’li-şirinindən əşki-təlximə,Təlx göftar ilə aldın cani-şirinim mənim.
Məndə sakin oldu dərdi-eşq Məcnundan keçib,Ondan artıqdır məgər eşq içrə təmkinim mənim?
Ey Füzuli, hər yetən tə’n eylər oldu halimə,Bu yetər əhli-məlamət içrə təhsinim mənim.