Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Mənim kim, bir ləbi-xəndan üçün giryanlığm vardır

Şeir
Mənim kim, bir ləbi-xəndan üçün giryanlığm vardır,Pərişan türrələr dövründə sərgərdanlığm vardır.
Yaşım təxti-rəvandır, taci-zərrin şö’leyi-ahim,Görün kim, dövləti-eşq ilə nə sultanlığm vardır?
Yumulmaz əşk tüğyanından ansız çeşmi-xunbarım,Xəyali-surəti-cananə xoş heyranlığm vardır.
Sirişkim gör, məni, ey əbr, özündən kəm xəyal etmə,Həvayi-eşq ilə min səncə əşkəfşanlığm vardır.
Ləbin dövründə kim, insan olan can der ona mütləqƏgər abi-həyat etsəm tələb, heyvanlığm vardır.
Füzuli cami-mey tərkin qılıb, zöhd ilə təqvadənQamu danayə rövşəndir bu, kim, nadanlığm vardır.