Üzünü güzgüyə qeybətdə oxşadan qafil,Toxunsa üz-üzə olmazmı ara yerdə xəcil.
Buraq niqab ki, bilsin kəmali-sün’i görüb,Firiştə xilqəti-Adəmdə şübhəsin batil.
Hədisi-vəhyvəşin zaye’ etmə əğyarə,Rəvamıdır, edəsən qədrin ayətin nazil.
Hərimi-kuyini göstər nümunə, eylə səvabKim, ola cənnət içün xəlq taətə mail.
Səni qoyub, bütə eylər ibadətin kafir,Əzabi-duzəxə ol vəchdən olur qabil.
Həkimə nəfyi-qiyamət xətasını bildir,Qiyam göstər ona, e’tiqadın et zail.
Qərəz Füzuliyə ancaq əlində ölməkdir,Vəli məhaldır ol həm, sən olıcaq qatil.