Ruzigarım buldu dövrani-fələkdən inqilab,Qan içər oldum, əyağın çəkdi bəzmimdən şərab.
Şö’leyi-ah ilə yandırdım dili-sərgəştəyi,Bir od oldum, cizginən çevrəmdə olmazmı kəbab?
Lə’lin ilə badə bəhs etmiş, zəhi gümrahlıq,Oldu vacib eyləmək ol biədəbdən ictinab.
Verməz oldu yol vüsalə piçi-zülfün, ah, kim,Rişteyi-tədbirdən dövrani-kəcrov açdı tab.
Olmadı ol mahə rövşən yandığm hicran günü,Yandığın şəb ta səhər şəm’in nə bilsin afitab.
Göz ki, peykanın qapub, gögdən saçar hər yan sirişk,Bir sədəfdir, qətreyi-barani eylər dürri-nab.
Oldu əbri-dudi-ahim pərdeyi-rüxsari-mah,Ah kim, almaz cəmalindən hənuz ol məh niqab.
Kəsmədi məndən səri-kuyində azarın rəqib,Ey Füzuli, cənnət içrə nişə yox, derlər əzab?