Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Nola gər rəşki-rüxsarinlə bağrı xubların qandır

Şeir
Nola gər rəşki-rüxsarinlə bağrı xubların qandır,Daşı tə’sir ilə lə’l eyləyən xurşidi-rəxşandır.
Müjən gər səngdillər könlünü alsa əcəb olmaz,Onun tək abnus ox layiqi-fulad peykandır.
Pərivəşlər dili-səxtinə düşmüş mehri-rüxsarın,Sənin əksin alan fulad güzgulər firavandır.
Dəhanın dürci kim, qeydin çəkərlər hurpeykərlər,Pərilər ta’ətiçün xatəmi-mülki-Süleymandır.
Atın yolunda xublar sürsələr üz nola əmrinlə,Mələk xeyli sücudi-Adəm etmək nəssi-Qur’andır.
Qatı könlünə bağrı daşların düşmüş qəmi-eşqin,Bir oddur eşqi-dilsuzun ki, daşlar içrə pünhandır.
Gəzər kuyində hər yan çox giribançak gülrüxlər,Bu rəng ilə Füzuli, ol səri-ku bir gülüstandır.