Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor

Dövrlərinə görə şeirlər
Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor,Zülali-zövq şövqün təşneyi-didar olandan sor.
Ləbin sirrin gəlib göftarə, məndən özgədən sorma,Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor.
Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,Kəvakib seyrini şəb ta səhər bidar olandan sor.
Xəbərsiz olma fəttan gözlərin cövrün çəkənlərdən,Xəbərsiz məstlər bidadını hüşyar olandan sor.
Qəmindən şəm’ tək yandım, səbadən sorma əhvalım,Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor.
Xərabi-cami-eşqəm, nərgisi-məstin bilir halım,Xərabat əhlinin halini bir xummar olandan sor.
Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil,Füzuli, eşq zövqün, zövqi-eşqi var olandan sor.