Xaki-rəh etdi aşiqi-miskini ol həvəsKim, paybusi-yarə qaçan bula dəstrəs.
Razi-dəruni dışraya salmaq rəva degil,Budur günahı kim, asılır müttəssil cərəs.
Didari-dustdur iki aləm nəticəsi,Yox ondan özgə aşiqə aləmdə mültəməs.
Sinəm həvayi-eşqin ilə doldu ney kimi,Dəm urduğumca ahü fəğandır çıxan nəfəs.
Hər qeyd olursa məhz bəladır ki bülbüləGər şaxi-güldən olsa, küdurət verər qəfəs.
Ol qəmzədən, könül, əgər istərsən iltifat,Tiği-təcərrüd ilə canından əlaqə kəs.
Olmaz vücudi-aşiqə eşq içrə e’tibar,Dözməz, Füzuli, atəşi-suzanə xarü xəs.