Ay ilə gün sücud edər surəti-canfəzayinə,Ay ilə gün nədir kim, ol düşməyə xaki-payinə.
Cami-cahannümadur ol, səndə iki cahanı gör,Çün görəsən sən olmusan cani-cahanə ayinə.
Faili-mütləqi-yəqin kim ki dilər görə bu gün,Baxsın anın camalına, həqqi görər bu ayinə.
Aşiqi-sadiq oldurur həq yoluna şəhid ola,Həq deyəni alır anun durmuş anun bəhayinə.
Yusifi-Misri canü dil, yə’ni ki Fəzli-zülcəlal,Gəldi səfavü zövq ilə şəhri-bədən sərayinə.
Qıldı fəna vücudumu küll kərim ilə kəlam,Zərqi-həsən budur ki, şah sandı bu gün gədayinə.
Hər ki Nəsimitək sücud Fəzli-ilahə qılmadı,Div kimi bu gün anı, bəlkə, bu yolda dayinə.