Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm,Ruhi-birəngəm, əgərçi rəngə girdim, adəməm.
Şeş cəhətdən çar ənasirdir məni faş eyləyən,Yoxsa mən gəncineyi-vəhdətdə nuri-əbhəməm.
Aləmül-qeybin süfatı məndən oldu aşikar,Ey bəsirətsiz, məni gör kim, nə zati-ə’zəməm.
Söyləyən həqdir mənim dilimdə hərdəm, yoxsa mən,Çar ənasirdən mürəkkəb bilisanü əbkəməm.
Ümmühat ilən nə var abaya olmasa xələl,Aləmi təhqiqə baxsan cümləsindən əqdəməm.
Cənnəti-firdövs üçün bir ləhzə qəmgin olmazam,Talibi-didari-yaram, şadimanam, xürrəməm.
Ey Nəsimi, çünki iş təqdir əlindən işlənir,Fariğəm dünyadavü üqbada qəmdən, biqəməm.