Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Camalın rövzeyi-rizvan deyilmi

Qəzəllər
Camalın rövzeyi-rizvan deyilmi?Dodağın çeşmeyi-heyvan deyilmi?
Səqahüm rəbbihüm xəmri ləbindən,Bəyanü ayəti-Qur’an deyilmi?
Rüxü zülfün bəyaz ilə səvadı,Biri küfrü biri iman deyilmi?
Sənin məstanə eynin sağərindənCahan sərtasəri məstan deyilmi?
Şəha, eşqin yolunda canı qurbanBuyursan, qılmağı asan deyilmi?
Dili-sərgəşteyi, sultani-aləm,Səninçün ta əbəd heyran deyilmi?
Nəsimi kəşfi-əsrarını bildi,Anı fəhm etməyən nadan deyilmi?