Bir müsamirə xatiratından.Boynu bükük, ey öksüz mənəkşələr!
Ah nə çapuq saraldınız, soldunuz?Nerdə o dünkü sevdalı nəşələr?
Nədən böylə həp pərişan oldunuz?Şəfəqdən doğma ləbləri öpərkən,
Siz ki bəxtiyarca gülümsərdiniz.Yoqsa o nurdan dökülmüş əllərdən
Ayrılınca, çiçəkləndi dərdiniz?Gözəl, hər halınız gözəl... Daima
Xəstə gönlüm oqşar sizi, alqışlar;Uf, nədənsə pək doqunur ruhuma
Vərəmli çöhrələr, məhzun baqışlar...