Bən niçin məsti-eşqi-yar oldum?Bu nə xülya ki, bən düçar oldum?
Bən niçin böylə dilfikar oldum?Niyə məftuni-zülfi-tar oldum?
Niyə bədbəxti-ruzigar oldum?Mərhəmətsiz mələk, ədalı gözəl
Gör nələr yapdı bir visala bədəl!Yeni gülmək dilərdi şəmsi-əməl,
Ah... pək bəxtiyar idim əvvəl...Bən niçin məsti-eşqi-yar oldum?
Sevərim... Son nəfəsdə inlərkənYenə atmam o nazlı dilbəri bən.
O gözəl gözlər, ah... o qönçə dəhən,Çıqmıyor bir dəqiqə fikrimdən,
Bu nə xülya ki, bən düçar oldum?Səhər aşiq o nurun ismətinə,
Bayılır pənbə gül təravətinə,Cümlə heyran ikən nəzakətinə,
Uyar-uymaz onun məhəbbətinə,Bən niçin böylə dilfikar oldum?
Hər könül bağlı bir vəfakarə,Arıyor dərdi-eşqə bir çarə.
Bən niçin böylə qaldım avarə?Niçin uydum o çeşmi-səhharə?
Niyə məftuni-zülfi-tar oldum?Nə olur? Beş dəqiqə ləbbərləb,
Yaşasaydıq onunla məsti-tərəb;Of, bilməm ki... Mərhəmət, ya rəb!
Bəni qəhr etdi iztirabü təəb,İştə! Bədbəxti-ruzigar oldum.