Söz Bulaq loqosu

Hüseyn Cavid

Verdim o gün ki, zülfi-pərişanə könlümü

XX əsrin şeirləri
Verdim o gün ki, zülfi-pərişanə könlümü,Saldı nigar o zülfdə zindanə könlümü.
Yalvardım əczinən ona, bəlkə xilas edə,Zənciri-zülfə bağladı divanə könlümü.
Hər qədr uydum ol büti-tərsa cəmalinə,Yandırdı şəmi-hüsnə çü pərvanə könlümü.
Gülzari-hüsnə Yusifi-dil çıxdı seyr edə,Saldı o yar çahi-zənəxdanə könlümü.
Etdikcə mən məhəbbət o kafər balasına,Etdi cəfayi-naz ilə viranə könlümü.
Vəslə yetirməyib, gecə-gündüz fəraqdə,Təbdil edibdi laləsifət qana könlümü.
Bəzmi-vüsalə həsrəti-ümmidvar idim,Saldı bəlayi-firqətə məstanə könlümü.
Gülçin binəva idim, oldum müridi-şeyx,Yandırmışam mən atəşi-hicranə könlümü.