Bəzən əsla umulmayan yerdən,Nə qədər bəxtiyar olur insan!
İştə, bən yəs içində inlərkən,Ruhi-məcruhimi edər xəndan,
İki sevda pərisi ləməfşan.Biri — nevrəstə, nevdəmidə çiçək...
Biri — nadidə, naşinidə mələk...Birinin çöhreyi-dilaşubi,
Ləbi-gülgüni, çeşmi-məxmuri,Zülfi-şəbrəngi, rəngi-məhcubi,
Qərq edər nurə qəlbi-rəncuri;Şərqə məxsus o bir gözəl huri...
Kim bilir! Bəlkə şimdi cənnətdənYerə enmiş gəzər o qönçədəhən.
Lakin əfsu...s qeyri-qabildir,Bəncə təsviri-halı digərinin.
O bir ülvi xəyalə bənzətilirKi, edər hər baqışda şair için
Pürməali nəşidələr təlqin.Söylüyor iştə hər bir əzası
Ki, bənim əsrin ən gözəl Venosı.Gərdəni-safini öpən o xəfif,
O təməvvücnüma ipək saçlar,Nəşr edər kainata qarşı lətif,
Pürzəhəb bir ziyayi-rayihədar,Nəşvəza bir bahari-pürəzhar.
O səmavi nigahə qarşı fəqət,Duyar insan mədid bir heyrət.
Şu dilara, sevimli mənzərədənRuhə bir başqa etila gəliyor.
O gözəl çöhrələr gülümsərkənSaçar ətrafə sanki nuri-şürur,
Ah, mümkünmü olmamaq məshur?!Qadın! Ey möhtərəm ənisi-bəşər!
Sənsiz öksüz qalırdı hissi-bəşər!