Dinliyorkən lisani-şerimi bən,Bir yetimin lisanhalı kibi,
Yüksəlir bir inilti qəlbimdən,Titrədir ruhi-lərzədar şəbi.
Daima bir sərabə aldanırım;Ağlaram, sızlaram, fəqət o zaman,
Ruhi-şerimdə çırpınır sanırımBir qırıqlıq, bir ehtiyaci-nihan.
Öylə bir ehtiyaci-mübrəm ki,Ona vabəstə etilayi-xəyal,
Şer-şair bulur onunla kəmal.İştə ahəngi-leyl, səmti-səma,
İştə dalğın dəniz diyor sankiHəp sükuti-bəliğ içində bana:
Ruhi-şairdə mevcidi-ilhamBir məziyyət var: “İbtilayi qəram!..”