Söz Bulaq loqosu

Hüseyn Cavid

Bən istərim ki

XX əsrin şeirləri
Bən istərim ki, gözəllər, bütün gözəlliklərUzaq-uzaq, pək uzaq bir üfüqdə əylənsin.
Uzaq və incə təbəssümlərilə şamü səhər,Həyatə nuri-səfa sərpərək çiçəklənsin.
Gözəl mələksə... bulutlarda göy yüzündə yaşar,Uzaq, bəşərdən uzaq bir mühitə mail olur.
Uzaq, bəşərdən uzaq, gizli bir fəzayə qoşar,Yaşar mələk kibi, xoş bir xəyali-məğfil olur.
Əvət, uzaqda səadət var, eşqə hörmət var.Yaqın zəhərlidir, amma uzaqda cənnət var;
Uzaqda var əbədiyyət ki, başqa nemətdir.Cihanı cənnətə təşbih edər də bir şair,
Gözəl bir afəti bəzən mələk sanır, sevinir,Fəqət səadəti - aldanma, pək müvəqqətdir!