Söz Bulaq loqosu

Əhməd Cavad

Nədən yarandın

1914-cü ilin şeirləri
Sən qüdrətin aşıb-daşan vaxtındaMələklərin gülüşündən yarandın.
Səhər dilli bir fırçanın əliləAhuların duruşundan yarandın.
Ay işığı... Gözəlliyin, qızlığınÇiçəklərlə öpüşündən yarandın.
Sərinlətdin baxışınla könlümü,Buludların uçuşundan yarandın...
Qələm əldə ilhamını dinlərkənSən qəlbimin vuruşundan yarandın.