Söz Bulaq loqosu

Əhməd Cavad

Yenilərə

XX əsrin şeirləri
Mən bir aşiqəm ki, bu çaldığım sazDumanlı dağlara səs salacaqdır.
Ağlatdım teldə inləyən avazElin xatirində çox qalacaqdır.
Doğrayacaq səsim dağda dumanı,Dinləyəcək məni dağın çobanı.
Mən sorduğum zaman: sevdiyim hanı?Təbiət dəyişib yaz olacaqdır.
Qorxutmayır məni bu anmayanlar,İsrafil surindən oyanmayanlar.
Göstərdiyim yola inanmayanlar,Bu yeni dünyada ad alacaqdır.