Təzə aşnalıqla köhnə dostluğunFərqi var qış ilə yaz arasında.
Namərddə qaydadı: kəsər basdığın,Hər kəs hesab çəksin öz arasında.
Qüdrətdən ucalan zülm ilə enməz,Haqdan yanan çıraq bad ilə sönməz.
Dost dostdan inciyər, qəlbində dönməz,Olar bir az ərki naz arasında.
Ələsgərəm, qəmü-möhnətdi yüküm,Fil çəkməz bu dərdi, mən necə çəkim?!
Haqq ilə nahaqqı axtaran hakimTapar qulaq ilə göz arasında.