Tərlan tamaşalı, maral baxışlı,Qədəm qoyub asta-asta, xoş gəldin!
Yolun sadağası can ilə başdı,Qurban sənin kimi dosta, xoş gəldin!
Biz ki, ilqar keçirmişik aradan,Amin desən, tez düzəldər yaradan,
Könlüm yasdan çıxdı, qəlbim qaradan,Gülə-gülə bu həvəsdə, xoş gəldin!
Gözəllər sultanı, ay mələkzadə,Özün kimi gözəl yoxdu dünyada,
Sən ki Ələsgəri salıbsan yada,O səbəbdən gözüm üstə, xoş gəldin!