Söz Bulaq loqosu

Aşıq Ələsgər

Getmə, amandı

Qoşmalar
Gözəllər sultanı, mələklər şahı,Alagöz cananım, getmə, amandı!
Dərdindən xəstəyəm, çəkirəm ahı,Həkimim, loğmanım, getmə, amandı!
Camalın göyçəkdi bayram ayından,Görən doymaz qamətindən, boyundan.
Layiq deyil qurban kəsim qoyundan,Sana qurban canım, getmə, amandı!
Mən sana nə deyim, ay mina gərdən?!Kəsmə məhəbbətin, gəl, Ələsgərdən.
Günahkar qulunam, salma nəzərdən,Kərəmli sultanım, getmə, amandı!