Söz Bulaq loqosu

Aşıq Ələsgər

Dünyada

Şeir
Sirat, sual qabaqdadı,Nədamətdı dünyada!
Kəlməyi-şəhadət lazımdı,Ölən vaxtı dünyada.
Tut orucun, qıl namazın,Şükür eylə Allaha.
Qul olma dünya malına,Qalacaqdı dünyada.
Yalan deyib, qeybət etmə,Rəhmin gəlsin canına.
Öz-özünə fəxr eləyib,Baxma şövkət-şanına.
Əzrayıl əlində çəngəl,Gələcəkdi yanına.
Qəzəbindən gül irənginSolacaqdı dünyada.
Şagiridlikdə can çürütdüm,Hərgiz ustad olmadım.
Nəfs öldürdüm, düz dolandım,Dostumdan yad olmadım.
Ələsgərəm, qan ağladım,Ölüncə şad olmadım.
Əzəl gündən fələk mənəQara baxdı dünyada.