Aləmin padişahı,Gəl yetiş imdada bu gün;
Naqafıl qarşımızaÇıxdı mələkzadə bu gün;
Göz gördü gül çamalın,Könül içdi bada bu gün;
Can cəsəddən ayrılır,Gedir bu sevdada bu gün,
Ovçuyam görməmişəmBelə bir sərxoş maralı;
Tögülüb şahmar zülfü,Bürüyübdü qəddi-dalı;
Hüsndə Züleyxa tək,Loğmana bənzər kamalı;
Solmasın gül irəngi,Pozulmasın bu çalalı;
Mələklər də «amin» desinƏrşi-müəllada bu gün.
Ələsgərəm, mən deyirdim,Pərvana əfsana yanır;
Eşqdən bir od düşübCismimə, mərdana yanır
Deyirəm, danışıram,Dönürəm hər yana, yanır;
Ürəyim bir Kərəmə,Bir Şeyx Sən'ana yanır;
Qəlbdən yas tuturamMəçnuna, Fərhada bu gün.