Söz Bulaq loqosu

Aşıq Ələsgər

Dal-dala

Şeir
İsmin üç hərf eylərəm bəyan:"Mim"di, "nun"du, "sin" yazılıb dal-dala.
: Mən aşığam dal-dala,: Bayqu gəzər dal-dala.
: Açılıb yaxan bəndi,: Çək, turuncun daldala!
Sədrin üstə şux məmələr görünür,Bədnəzərdən pünhan elə, daldala!
Sürmə çək qaşına nə qara yaxşı,Ağ üstdən yazıla nə qara yaxşı.
: Mən aşığam nə qara,: Gözlərindi nə qara.
: Həsrətindən Məcnunam,: Günüm olub nə qara.
Saçların görəndə nə qara, yaxşı!On dörd hörük çin-çin düşüb dal, dala.
Ələsgərəm, mən də nişana qoydum,Təmiz ad saxladım, nişana qoydum.
: Mən aşığam nişana,: Zülf üzündə nişana.
: Sinəmə dağ çəkilib,: Qaldı elə nişana.
Sərimi qarşına nişana qoydum,Əsirgəmə, at oxların dal-dala.