Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
Bütün mətnlər
- Bayatı · Məhəbbət və eşqƏzizim, ayaq sudan,Üzər hey, ayaq sudan.Yarımı suda gördüm,Kəsmərəm ayaq sudan.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim ayağını,Doğru at ayağını.Yorğanından çıxartma,Kəsərlər ayağını.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim ayaz aldı,Bulud yox, ayaz aldı.Zülfüncə ömrüm vardı,Günbəgün, ay azaldı.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkƏzizim ayaz olmaz,Buluddu, ayaz olmaz.Mən ki, qəm oylağıyam,Dərd məndən ayaz olmaz.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim aydın olsun,Ay doğsun, aydın olsun.Eşitdim yarın gəlir,Gözlərin aydın olsun.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim aydın olsun,Ay doğsun, aydın olsun.İki həsrət qovuşsun,Gözlərin aydın olsun.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim, bad apardı,Bad əsdi, bad apardı.Cəfasını mən çəkdim,Səfasın yad apardı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim, baxtın olsun,Qızıldan taxtın olsun.Neylərsən qızıl taxtı,Bir qızıl baxtın olsun.Oxu və paylaş →
- Bayatı · Ana və ailəƏzizim balabanı,Asta çal balabanı.Hamı gəldi qürbətdən.Bəs mənim balam hanı?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim, bir-bir düşər,Ox yaydan bir-bir düşər.Cəfa çəkdigim günlər,Yadıma bir-bir düşər.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏzizim bir-bir düşər,Ox yaydan bir-bir düşər.Qürbətdə keçən günlər,Ömürdən bir-bir düşər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim, bir də görüm,Səni mən bir də görüm.Görmüşəm, doymamışam,Aç üzün bir də görüm.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarƏzizim bu dağ ilə,El köçər bu daö ilə.Necə qəbrə qoyarlar,Mən ölsəm bu dağ ilə?!Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim dad əlindən,Fələyin dad əlindən.Canım cəzana gəldi,Hər gün fəryad əlindən.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏzizim dağı-daşı,Od tutdu bağrım başı.Viran gördüm yurdumu,Qurumaz gözüm yaşı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim, dağıt üzdən,Zülfünü dağıt üzdən.Göylüm elə virandı,Seçmərəm dağı düzdən.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim dalda gəzər,Bülbüllər dalda gəzər,Mərdlər qabağı gözlər,Namərdlər dalda gəzər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim, dalda yeri,Yel tutmaz dalda yeri.İki könül bir olsa,Tez tapar dalda yeri.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim, daldasına,Mərd igit dalda sına.Namərd aslan olsa da,Sığınma daldasına.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim damar-damar,Sifətindən qan damar.Şüşə könlüm sınarsa,Bəs onu kimim yamar.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim, daşa çalar,Su özün daşa çalar.Yemə namərd çörəyi,Qayıdar başa çalar.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkƏzizim, dərd əkərəm,Yoldaşdı dərdə Kərəm,Qoşmuşam qəm kotanın,Hər gecə dərd əkərəm.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkƏzizim, dolu gözlər,Göy kişnər, dolu gözlər.Mənə derlər ağlama,Durarmı dolu gözlər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim fikr eylərəm,Yolunda fikr eylərəm.Ölsəm də yarın adın,Qəlbimdə zikr eylərəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim, gedər, qalmaz,Axar su gedər, qalmaz.Vəfalıya can qurban,Vəfasız gedər qalmaz.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim gədiyindən,Ay doğdu gədiyindən.O yara qurban olum,Dönməz öz dediyindən.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim, gördü günü,Ay doğdu, gördü günü.Namərddə sirr əylənməz,Mərd deməz gördüyünü.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim, gözün aydın,Ay çıxdı, gözün aydın.Yardan sənə xoş xəbər,Sənin də gözün aydın.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim gül alanda,Gül bitmiş Gülalanda.Yarım yadıma düşər,Əlimə gül alanda.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim gül üşüdü,Şeh düşdü, gül üşüdü.Güldün, ağlım apardın,Bu necə gülüşüdü?Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarƏzizim gülə bənzər,Qönçəyə, gülə bənzər.Yardan gileylənən var,Dərdi bülbülə bənzər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim güldən gözəl,Oxur bülbüldən gözəl.Yar mənə bir gül verib,Özü o güldən gözəl.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim gülsə dağlar,Sal başa gülsəd ağlar.Səndən ayrı gözlərim,İnanma, gülsə də ağlar.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarƏzizim gülüstandı,Aç, oxu, “Gülüstan"dı.Bülbülün göz yaşından,Bağçada gül islandı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim günü-günə,Gəl, satma günü-günə.Keçən günə gün çatmaz,Calasan günü-günə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim, hara gedim?Haram var, hara gedim?Düşmüşəm eşq oduna,Bilmirəm hara gedim?Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim, kasad olmazMərd əli kasad olmazYüz namərdin çörəyin,Doğrasan, kasa dolmaz.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim, keçdi məndən,Ox atdı keçdi məndən.Mərdlərə körpü oldum,Namərdlər keçdi məndənOxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim kəsə gəldin,Yolları kəsə gəldin.Vədə verdin gəlmədin,Ağladım, səsə gəldin.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏzizim kətan yaxşı,Keyməyə kətan yaxşı,Qürbət yer cənnət olsa,Yenə də vətən yaxşı.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏzizim kətanda gül,Şalda gül, kətanda gül.Yerimiz yaxşı yerdi,Hayıf ki, Vətən degil.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim kimi gözlər,Tar çalan simi gözlər.Qaşın kimi qaş olmaz,Gözlərin kimi gözlər?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim küsü bağlar,Dündirmə, küsü bağlar.Mən yara neylədim ki,Yar məndən küsüb ağlar.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏzizim qala yerdə,Bürc yerdə. qala yerdə.Qorxuram qərib öləm,Cənazəm qala yerdə.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim qar qalanmaz,Qar yağmaz, qar qalanmaz.Düşməni möhkəm vursan,O bir də qarğalanmaz;Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim qara xalın,Can alır qara xalın.Ürəyimə xal saldı,Ağ üzdə qara xalın.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim qara saldı,Xalların qara saldı.Yar qalxdı qəm dağına,Özünü qara saldı.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkƏzizim qaranı yaz,Ağ üstən qaranı yaz.Əzzəl dəftər başına.Mən bəxti qaranı yaz.Oxu və paylaş →