Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
Bütün mətnlər
- Bayatı · Hikmət və həyatEləmi o gülə nəm,Tez keçdi o gülə nəm.Nə deyirsən and içim,Səninlə o gülənəm.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEləmi tağı bizdən,Eyvanın tağı bizdən.Yağılar basqın etsə,Alarlar bağı bizdən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEnişdə enənə bax,Dolayı dönənə bax.Muradına çatmayıb,Çırağı sönənə bax.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEşit sözüm deyim yar,Donum göndər geyim yar.Sən gedəli qalmayıb,Ürəyimdə heyim yar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEşq oduna bir-bir yan,Bir kabab ol, bir büryan.Sənlə keçən günləri,Sal yadına bir-bir, yanOxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEşq oduna qalannam,Yar başına dolannam.Vətəndən ayrı düşsəm,Viran ollam, talannam.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEşqindən oldum xəstə,Mənəm zaru şikəstə.Məmələrin nazbalış,Can verim dizin üstə.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarEv tikdim tağlı olsun,Bağ saldım bağlı olsun.Deyirlər nə vaxt gələr?Deyirəm, sağlıq olsun!Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEv tikdim, yalan oldu,Gül ömrüm talan oldu.Nə çubuğum bərkidən,Nə keçəm salan oldu.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEvin dalı qarağat,Qarağatdan yara at.Yardan mənə bir xəbər,Mən də olum farağat.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEvində, eçiyində,Yat quzum, beşiyində.Dan ulduzu, bir də mən,Durmuşuq keşiyində.Oxu və paylaş →
- Bayatı · Ana və ailəEvinin yanı çiçək,Yarpağı ləçək-ləçək.Qardaşın adaxlısı,Bəstəboy, gözü göyçək.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEvləri səkilidi,Reyhanlar əkilidi.İki könül bir olsa,Kim onun vəkilidi?!Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEvləri Tərtər üstə,Tər yorğan örtər üstə.Yarın çuxası bizdə,Görən nə örtər üstə?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEvləri yaxın yarın,Boyuna baxım yarın.Gözəldi, göz götürməz,Muncuğun taxım yarın.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEvlərində var kilim,Lal olsun mənim dilim.Gedəndə küsdü getdi,Gəlsə necə dindirim?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏlif mənəm, bey mənəm,Əlif üstə tey mənəm.Apar əcəl köynəyin,Mən cavanam geymənəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏlimdən qaşıq düşdü,Getdi, yaraşıq düşdü.Göründü ay camalın,Aləmə işıq düşdü.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏlində bayda gəlin,Durubdu çayda gəlin.Allah mətləbin versin,Açılan ayda gəlin.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkƏlində fənər gəldi,Əqlimə nələr gəldi.Dünyadan kam almadım,Başıma nələr gəldi.Oxu və paylaş →
- Bayatı · Ana və ailəƏrəb atı zay olmaz,Köhlən ata tay olmaz.Mən ki, səndən pay umdum,Bir öpüşdən pay olmaz.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim axındımı?Su gəlir. axındımı?Baxın yar gələn yola,Mənzili yaxındımı?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim ağ biləklər,Çırmanıb ağ biləklər.Düşman çalsın, oynasın,Başa çatdı diləklər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim ağ çuxaya,Çal kişi, ağ çuxaya.Mənim yarım cavandı,Verdilər ağ çuxaya.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim ağ səd olar,Ağ sədəf, ağ sədalar.Aşiqin göz yaşları,Məxmərə axsa, dələr.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim ağ üzündən,Kəfin al yağ üzündən.Səni deyib gəlmişəm,Gəl öpüm ağ üzündən.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarƏzizim ağa dostum,Dolan gəl bağa, dostum.Sən duman ol, mən sisək,Çəkilək dağa dostum.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarƏzizim ağda yandı,Şamama tağda yandı.Özümü dağa verdim,Alışdı dağ da yandı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim ağlamazdım,Gülərdim ağlamazdım.Bilsəydim vəfan budur,Sənə bel bağlamazdım.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏzizim ağlamazlar,Gülərlər, ağlamazlar.Qürbətdə ölən kəsin,Gözlərin bağlamazlar.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarƏzizim ağlar gedər,Könlümü dağlar gedər.Ürəkdə qalıb sözüm,Söz məni dağlar gedər.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏzizim Ala dağa,Gün düşür Ala dağa.Mən Qarabağ əhliyəm,Yaz məni Qaradağa.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim, Alı mindi,Düratı Alı mindi.Koroğlu təki mən də,Yar, qadan alım indi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim, alma qala,Boşqaba alma qala.Mən səni gizli sevdim,Saldılar qalmaqala.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim, alma qala,Boşqaba alma qala.Namərd ilə dost olma,Düşərsən qalmaqala.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim almadılar,Yolladım almadılar.Can qoydum bu qəfəsə,Yalvardım almadılar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim ay ağa qar,Nola bir də yağa qar.Məskəni Şah dağıdır,Düşsə də ayağa qar.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim ay ağalar,Gün keçər, aya qalar.Dost dostan kənar gəzsə,Düşmənlər ayaq alar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim ay apardı,Unu tay-tay apardı,Bir çuval darı vardı,Onu da bay apardı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim ay azaldı,Gün getdi, ay azaldı,Qocalıq yükü gəldi,Ömrümü ayaz aldı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim ay aydına,Tər salar, ay aydına.Zülmətdə qalan başım.Çıxmadı ay aydına.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim ay azaldı,İl keçdi, ay azaldı.Getdi, kömək qalmadı,Arxalar vay azaldı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim ay incələr,Gün doğar, ay incələr.Səni görən gözlərim,Nə yatar,nə dincələr.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim ay incilər,Yox sizə tay incilər.Sənə baxan gözlərim,Günün gündən incilər.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkƏzizim ay incəli,Xoş gəldin, ay İncəli.Dərdini çəkən ölməz,Günbəgün ay incəli.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim, ay şəkərsən,Həm qəndsən, həm şəkərsən.Bir quru canım qalıf,Alarsan, əl çəkərsən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim ay utanmaz,Gün doğar, ay utanmaz.Pisin pis əməllərin,Üzünə say utanmaz.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim ay üzünə,Gün həsrət ay üzünə.Sən yarın işinə bax,Tül çəkər ay üzünə.Oxu və paylaş →