Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
Bütün mətnlər
- Bayatı · Məhəbbət və eşqƏzizim qəlbi dağlar,Ağsaçlı, qəlbi dağlar.Yar fəraqı yamandı,Yandırar qəlbi dağlar.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkƏzizim, qəm oyanı,El yatar, qəm oyanı.Dəryalar oya bilməz,Yoxsulda qəm oyanı.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkƏzizim, qız adamı,Od yana qıza damı.Hər dərddən çox saraldar,Bivəfa qız adamı.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkƏzizim, qora dərdim,Köz altdan qora dərdim.Gözlədim, yar gəlmədi,Apardım gora dərdim.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarƏzizim qönçə qaldı,Qızılgül qönçə qaldı.Hər dərdə dözən canım,Əridi, incə qaldı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim quşun ağlar.Uçurub quşun ağlar,Var-yoxu gedən mənəm,Kirəkəş nədən ağlar?Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim quzu qurban,Qoç qurban, quzu qurban.Mərdin bir tək tükünə,Namərdin yüzü qurban.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim Məməqana,Yol gedir Məməqana.Kəs başım sinən üstə,Qoy batsın məmə qana.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim, mən də yetim,Asta get, mən də yetim.Hamı arzuya çatdı,Gün olsun mən də yetim.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim, mənə dəydi,Daş atdın mənə dəydi.Fələyin hicran oxu,Qurtuldi mənə dəydi.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkƏzizim məni tapar,Dərd gələr məni tapar.Göydən hər bəla gəlsə,Axtarar məni tapar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim, məst olaydım,Yar səndən məst olaydım.Bir piyalə ləbindən,Mən içib məst olaydım,Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim, nar ağacı,Bar verməz nar ağacı.İnadımdan keçmərəm,Qurulsa dar ağacı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim necə dönüm,El yatsın, necə dönüm.Kafər dinindən dönməz,Mən səndən necə dönüm.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkƏzizim, necə sayım?Dərdim çox, necə sayım?Sənsiz keçən günləri,Ömürdən necə sayım?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim nə tarazi,Nə daş var, nə tarazi.Kişini tez qojaldar,Arvadın natarazı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim nərdivana,Ayaq qoy nərdivana.Yar qədrini yar bilər,Nə bilər hər divana.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim o balıqnan,Dəryada o balıqnan.Bir vədəsiz yel əsdi,Yandıq biz obalıqnan.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim, oda damı,O bağı, o da damı.Elə ki sən yandırdın,Yandırmaz od adamı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim oda damı,Od yana, qıza damı.Elə ki, sən yandırdın,Yandırmaz od adamı.Oxu və paylaş →
- Bayatı · Ana və ailəƏzizim otağında,Bülbüləm budağında.Bala anadan ayrı,Can verir otağında.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim səfa gəldin,Xoş gəldin, səfa gəldin.Nə mən öldüm qurtardım,Nə sən insafa gəldin.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏzizim səni, Təbriz,El sevər səni, Təbriz,Al qoynuna əzizlə,Ana tək məni, Təbriz.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim, sərin ayaz,Göy bulud, sərin ayaz.Dosta gələn qadanıDüşmənin sərinə yaz.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarƏzizim sözə qaldı,Bir şirin sözə qaldı.Yad qovuldu dağlardan,El-oba bizə qaldı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim sulu gözlər,Səndəki dolu gözlər.Aşiq hicran çölündə,Oturub yolu gözlər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim üzdən oldum,Söhbətdən, sözdən oldum.Bir bivəfa yolunda,Ağladım,gözdən oldum.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim, üzmə barı,Qaşların süzmə, barı.Aşnalıq başarmırsan,Dostluğu pozma barı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim üzü maya,Qaş qara, üzü maya.Dağılsın bulud zülfün,Sataşsın gözüm aya.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim üzüm qara,Bağımda üzüm qara,Yar yanına gedirəm,Əlim boş,üzüm qara.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim ya saraylar,Yapılmış ya saraylar.Üstümə hücum etdi,Pis günlər, yassar aylar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim yad apardı,Dad çəkdi, dad apardı.Yara bir gül saxladım,Onu da bad apardı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim yada neylim?Yad oğlu yada neylim?Görür ahu naləmiGəlmir imdada, neylim?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim yar dağıdı,Bu dağlar yar dağıdı.Hər yerdə yuva salsam,Fələk yıxar, dağıdı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim yar dağıdı,Görünən yar dağıdı.Sinəmin qəm kasasın,Dağıtsa yar dağıdı.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏzizim, yar diyarı,Yar yurdı, yar diyarı.Alçaq ol, uca dağlar,Görünsün yar diyarı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim yara yazım,Tükəndi çara yazım.Günümün hər vərəqi,Dolubdu, hara yazım?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim, yaralandım,Ox dəgdi, yaralandım.Xəncəl vurdun, dəgmədi,Dilindən yaralandım.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim yarı canım,Yarıdan yarı canım,Yoluna göz dikməkdənQalmayıb yarı canım.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkƏzizim, yazan yoxdu,Dərdimi yazan yoxdu.Qürbətdə düşüb ölsəm,Qəbrimi qazan yoxdu.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarƏzizim yolla gəlsin,Dağ aşsın, yolla gəlsin,Ürəkdə nisgilim var,Bir namə yolla, gəlsin;Oxu və paylaş →
- Bayatı · Ana və ailəƏzizinəm, ay qardaş,Qaşın ucu yay qardaş.Ölsə, bacılar ölsün,Heç deməsin "vay qardaş"Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizinəm kasa dolmaz,Fitnəsiz fasad olmaz.Namərdə boyun əymə,Mərd əli kasad olmaz.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizinəm, qəmdə gül,Qəmdə danış, qəmdə gül.Ağ gündə gülən gönül,Mərd igidsən, qəmdə gül.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏziziyəm aslandı,Qılınc qından aslandı,Tülküdən aslan olmaz,Aslan elə aslandı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏziziyəm axşamlar,Çıraq yanar axşamlar.Evli evinə gedər,Evsiz harda axşamlar.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏziziyəm bac alar,Mərd rəqibdən bac alar,Hər kəsi el istəsə,Bülənd olar, ucalar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏziziyəm can məndən,Cisim məndən, can məndən.Kaman, ox səndən olsun,Hədəf məndən, can məndən.Oxu və paylaş →