Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
Bütün mətnlər
- Bayatı · Hikmət və həyatƏziziyəm çönmərəm,Çağırmasan çönmərəm.El-tayfanı ataram,Amma səndən çönmərəm.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkƏziziyəm dərdə mən,Dözəmmərəm dərdə mən.Sən yat dincin alginən,Keşikçinəm dərdə mən.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏziziyəm dilən gəz,Bağda gülə dilən gəz,Qürbətdə xan olunca,Vətənində dilən gəz.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏziziyəm, gün gələ,Ay çəkilə, gün gələ.Ömrümü bada verdim,Gözlədim xoş gün gələ.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏziziyəm gündə mən,Kölgədə sən, gündə mən.İldə qurban bir olar,Sənə qurban gündə mən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏziziyəm qar gündə,Yağır qara qar gündə.Yarı görmək istəyir,Ürəyim bu dar gündə.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkƏziziyəm, nə qaldı?Nə payladı, nə qaldı?Fələk mənim başıma,Gətirməmiş nə qaldı?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏziziyəm sinəndə,Ovçu ovun sinəndə.Tifiləm al qoynuna,Bəslə məni sinəndə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏziziyəm üzə sən,Ürbənd salma üzə sən.Girəsən yar bağına,Bir cüt narın üzəsən.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkƏziziyəm, var dərdim,Yox dərmanım, var dərdim.Xar əkənlər, gül dərdi,Mən gül əkdim, xar dərdim.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏziziyəm yad əli,Ya divanə, ya dəli.Qiyamət o gün qoparYara dəysə yad əli.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏziziyəm yaxşı dur,Yaxşı danış, yaxşı dur.Yaxşı igid yurdunda,Pis qalmasa yaxşıdır.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏziziyəm, yüz il gəz,Yüz il dolan, yüz il gəz.Vəfalı yar yolunda,Heç gəzməsən, yüz il gəz.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏziziyəm yüz yerdən,Əlli yerdən, yüz yerdən.Camalın bayram ayı,Baxışların yüz yerdən?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatFələyin dad əlindən,Olmuram şad əlindənBağlar xəzələ döndü,Töküldü bad əlindən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatFələyin qəhri mənə,Heç gəlməz rəhmi mənə.Aləmə şərbət verdi,İçirtdi zəhri mənə.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkFələyin öz əlindən,Açmadım göz əlindən.Kimə edim şikayət,Bəxtimin əzəlindən?Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkFurun üstünə kürək,Yandı, yaxıldı yürək,Hər dərdlərə dayandun,Buna da dayan görək.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGecə uzun, ay batmaz,Dərdlilər gecə yatmaz.Sənun kimi gözəli,Tanrı bir də yaratmaz.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGecələr, ay gecələr,Gün gedər, ay icələr;Bir dəfə üzün görsəm,Ağlar gözüm dincələr.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGecələr, il gecələr,Dərdimi bil gecələr.Mən burda qan ağlaram,Sən orda gül gecələrOxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGecələr, zar gecələr,Verməz zinhar gecələr.Ay batdı, Ülkər çıxdı,Gəlmədi yar gecələr.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarGedirdim bağ arası,Tapdım bir nar danası.Gönül sevən göyçəyin,Nə ağı, nə qarası.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGedirəm sərdəşdə mən,Olmuşam sərgəştə mən.Gəlib əcəl fərmanı,Yazılmışam başda mən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGedirəm yolum dağdı,Gör nə heyvalı bağdı.Unutmaram yarımı,Nə qədər canım sağdı.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGetdi gülüm, ağlaram,Oldu zülüm, ağlaram.Əsdi vədə küləyi,Təkdi gülüm, ağlaram.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGetdiyin Məşəd olsun,Yolların gülşad olsun.Səni məndən edəni,Nə gülsün, nə şad olsun.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGəl eyləmə qan, gözəl,Qurban sənə can, gözəl.Mən həsrətdən yanıram,Sən də alış, yan, gözəl!Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarGəl məni fağır ağla,Kimsəm yox, sağır ağla.Çıx dağların başına,Adımı çağır ağla.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGəl saçını görüm mən,Bir-bir bəndin vurum mən.Eyvana çıx, bax barı,Bir üzünü görüm mən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGəlin bir aş bişirdi.Gözündə yaş bişirdi.Bütün günü işlədi,Elə bil daş bişirdi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGəlin, diləkli gəlin.Ceyran ürəkli gəlin.Xəmir yoğur, çörək yap,Ay şir biləkli gəlin.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGəlin, gəlin, qız gəlin,İncilərin düz gəlin.Yeddi oğul istərəm,Sonbeşigin qız gəlin.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGəlin var nəs deyəndi,Gəlin var pis deyəndi.Gəlnimə qurban olum,Oğlumu istəyəndi.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqGəlinə bax, gəlinə,Əlin qoyub belinə.Gəlinə söz deməyin,Çıxar gedər evinə.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqGəlinə bax, gəlinəKəmər bağlar belinə.Gəlinin incə beli,Düşdü namərd əlinə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGəlinə bax, gəlinə,Zülfün alıb əlinə.Şirin-şirin danışır,Mən qurbanam dilinə.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarGəlirdim Kür yaxası,O taydan qız baxası.Bənövşədən köynəyi,Qızılgüldən yaxası.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGəlirdim yollarından,Min bir xəyallarından.Gəl bir qol-budaq olaq,Həmayil qollarında.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGəlmişəm görüm səni,Qəlbimə hörüm səni,Qapı-baca bağlanıb,Bəs hardan görüm səni?Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəmi gəldi, yan gəldi,İçində bir çan gəldi.Vətən həsrəti çəkdim,Gözlərimə qan gəldi.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəncədən fanar gəlir,Od düşüb yanar gəlir.Binamus yar ucundan,Başıma nələr gəlir.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəncənin gədikləri,Şəkərdir yedikləri.Yadıma bir-bir düşür,Yarımın dedikləri.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəncənin ocağında,Şam yanar bucağında.Baş qoyum dizin üstə,Can verim qucağında.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəncənin talx üzümü,Yeməyə talx üzümü.Qoyub getmə məni sən,Danlayar xalx üzümü.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəncənin təlx üzümü,Yeməyə təlx üzümü.Səndən əl götürmərəmDanlasa xalq üzümü.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəzdim dağı, aranı,Seçdim ağdan qaranı,Vətən viran olsa da,Cənnət gördüm oranı.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarGəzərəm suz dağları,Bağlayıb buz dağları,Hər kəsə şirin olar,Öz yeri, öz dağları.Oxu və paylaş →