Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
Bütün mətnlər
- Bayatı · Təbiət və dağlarGörünən Hürü dağı,Duman, gəl, bürü dağı.Ölü dağı çəkilər,Çəkilməz diri dağı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGörünən İncədimi?Miyanə, İncədimi?Aşiq der: Baba görsün,O mən deyinsədimi?Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGöy bulud Şirvan ayaz,Yaz məni, Şirvana yaz.Günün yad eldə keçsə,Dərdini Şirvana yaz.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGöyçə gözüm göyərdi,Analığım söyərdi.Yumruğuna qıymazdı,Toxmaq ilə döyərdi.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGöydə bulud oynadı,Gözüm yardan doymadı.Çatmış idim xoş günə,Namərd fələk qoymadı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGöydə qara buludlar,Parə-parə buludlar.Mənim ərzi-halımı,Apar yara, buludlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGöydə ulduz cidadır,Canım yara fədadır,Qəm çəkmə, maral gözlüm,Mətləb verən xudadır.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGöydə ulduz xoş keçdi,Cavan ömrüm boş keçdi.Fələk, gəl sübut elə,Hansı günüm xoş keçdi?!Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGöyərçin, alabaxta,Yuvası qəlbi taxta.Məni vuran bəy oğlu,Qan qussun laxta-laxta.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGöyərib qamışları,Göydə oynar qışları.Oğlan qızın dərdindən,İtirib camışları.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGözlərin xumar indi,Yaş tökər, yumar indi.Tök zülfün üzün üstə,Könül nar umar indi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGözlərin şuxdu sənin,Kipriyin oxdu sənin.Dərdin məni öldürür,Xəbərin yoxdu sənin.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGül açıb ara bağlar,Bəzənib bara bağlar.Aşiq yüz söz qoşsa da,Axırın yara bağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGül açıb bənövşəsi,Qırılıb qəlb şişəsi.Yarı nadan gözəlin,Ağlamaqdı peşəsi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGül əkdim şaxta vurdu,Nə yaman vaxtda vurduBimürvət ovçu məniYardan iraxda vurdu.–Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGüldanda gül əkirəm,Güldən gülab çəkirəm.Düşəsən eşq oduna,Görəsən nə çəkirəm.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGüləm, gülə neylərəm?Gülə xidmət eylərəm.Versələr öz gülümü,Özgə gülün neylərəm?Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGülərəm, gülən olsa,Dərdimi bilən olsa.Ağlamaqdan doymaram,Göz yaşım silən olsa.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqGüllər aşır deyərəm,Ətir saşır deyərəm.Əgər sən igid olsan,"Məni qaçır" deyərəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGülü biçdim oraqla,Sərdim yerə paraqla.İtirmişəm yarımı,Axtarıram, soraqla.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGülü biçənə qurban,Suyu içənə qurban.Kişmir geyib sallanır,Burdan keçənə qurban.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGülü biçənə qurban,Suyun içənə qurban.Dünyada igid çoxdur,Candan keçənə qurban.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGün çəkilib batanda,Gündüzə şər qatanda,Ovçu, əlin qurusun,Marala ox atanda.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqGün doğalı, tar getdi,Tərlan getdi, sar getdi.Zaman elə dolandı,Dostluq, etibar getdi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGün dolanar, ay batmaz,Yar dərdi dərdə qatmaz.Göz görüb, könül sevən,Yaxın gələr, söz atmaz.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGün getdi dağ başına,Örtüb duvaq başına.Könül şamama istər,Dolanar tağ başına.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGün getdi dağ başına,Yar örtər ağ başına.Oğlan şamama istər,Dolanar tağ başına.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGün gələr, batar gedər,Durnalar qatar gedər.Vəfalıya can qurban,Bivəfa atar gedər.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGün keçdi pərdə-pərdə,Qatlanıram hər dərdə.Yurdum –yuvam dağılıb,Qalmışam quru yerdə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGündür gəlir, boş keçir,Ömrü günə qoş, keçir.Keçən gün keçdi, getdi,Gələn günü xoş keçir.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGünləri bir-bir sına,Yar verdi bir sirr sana.Bir elm, bir də sənət,Xəzinədir insana.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGünümü qara yazım,Yoxumdur çara, yazım.Ürək dəftərim dolub,Dərdim var, hara yazım?Oxu və paylaş →
- Bayatı · Ana və ailəHalalar, ay halalar,Qartal dağda balalar,Qorxaq ölər, məhv olar,İgid alar qalalar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatHaray ellilər, haray,Şana tellilər, haray.Köçümü sel apardı,Əli bellilər, haray.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarHaray, məni qəm basdı,Öldürməyə var qəsdi.Bülbüllər fəğan eylər,Gül budağın kim kəsdi?Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətHarayladım Təbrizi,Sıxdı hicran, dərd bizi.Biz yuxuda görüşdük,Ayırdı səhər bizi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqHay salıram oyanmır,Dərdə, qəmə boyanmır.Eşq oduna düşmüşəm,Mən yanıram, o yanmır.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkHər dərdə dözən mənəm,Əlimi üzən mənəm.Göz yaşlı, ürək dağlı,Sərgərdan gəzən mənəm.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkHər sabahdan ağlaram,Üzərəm jan ağlaram.Yardan ayrı düşmüşəm,Ah çəkib, qan ağlaram.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqHər sözü qandı ürək,Səni dost sandı ürək.Dinəndə dilim yandı,Dinmədim yandı ürək.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarHər yanı bəzə, dağlar,Yar gələ, gəzə dağlar!Bulaqların mey olsun,Güllərin təzə, dağlar!Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqXal görmədim xalınca,Xalından kam alınca,Bilsəydim bivəfasan,Göz qoymazdım dalınca.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqXal vurmuşam xal üstə,Zülfü tökmə şal üstə.Söz dedin, könül aldın,Şərbət tökdün bal üstə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXalların üz qarası,Yaxşıdı göz qarası.Hər qara, yuyulsa da,Yuyulmaz üz qarası.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarXan Araz coşan yerdə,Dağ-daşı aşan yerdə.Torpağı çiçək açar,Kürə qovuşan yerdə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqXan kəndinin düzü var,Çöllərində quzu var.İki könül bir olsa,Kimin buna sözü var.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqXan getdi, çəkmə qaldı,Ləbə mey çəkmə, qaldı.Yarın yad oldu, aşiq,Sənə cançəkmə qaldı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqXan Kərəmin bağı var,Girmə bağa, yağı var.Dindirmə, qan ağlaram,Sinəmdə yar dağı var.Oxu və paylaş →