Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
Bütün mətnlər
- Bayatı · Hikmət və həyatXan pişiyim sərhasər,Çölə çıxma, yel əsər.Qonaq bu il burdayam,Gələn il də sərhasər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXan yanında nökərəm,İşim yoxdur, bekaram.Toycünü gətirməsən,Başında turp əkərəm.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXançalı işlə yolla,Üstün gümüşlə yolla.Yanına beş alma qoy,Birini dişlə yolla.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarXar əlindən gül ağlar,Gül ağlar, sünbül ağlar.Bağçaya xəzan gəlsə,Yaş tökər, bülbül ağlar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXəbər getsin o yada,Yatmış könlüm oyada,Bivəfaya sirr vermə,Gedər deyər o, yada.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqXəbər verdim, naz gəldi,Bahar ötdü, yaz gəldi.Dayandım toyxanada,Yar əlində saz gəldi.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətXəbəri quş apardı,Vətənə tuş apardı.Gözlədim yar keçəcəkOnda da huş apardı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqXəcalət təri səndə,Sevdasəri səndə.Mənnən keçən günlərin,Yoxmu əsəri səndə?Oxu və paylaş →
- Bayatı · Ana və ailəXəncər üstə qaş gəlir,Qoşun başabaş gəlir.Qoşuna qurban olum,İçində qardaş gəlir.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqXəncərin bağı tasma,Tasmadan qoyun asma.Düşmən dili çox olar,Hər dilə qulaq asma.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarXəstən mənən, xəstən mən,Bağçada güldəstən mən.Sən elə bir çiçəksən,Hər görəndə məstəm mən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqXəstəyəm, yan üstəyəm,Yaram var, qan üstəyəm.Gəl bir qol-boyun olaq,Ölürəm, can üstəyəm.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarXəzəl çıxıb qurşağa,Bir ün düşübdü bağa.Bülbül gülün axtarır,Qonur budaq-budağa.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXınanı teldən qoyar,Kəməri beldən qoyar.Gözüm görməz o yarı,Sevdiyin əldən qoyar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXırdaca cib biçağı,Oldum ellər qaçağı.Bir səhər gül, bir axşam,Bir də günorta çağı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXırdaca nar kolları,Qırılıbdı qolları.Bilsəm hardan gəlirsən,Gözlərəm o yolları.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkXırdacasan, məzəsən,Sən hər güldən təzəsən.Qurban olum o günə,Ayaq tutub gəzəsən.Oxu və paylaş →
- Bayatı · Ana və ailəXoruz ban verən yerdə,Yaram qan verən yerdə.Ana gəlsin yetişsin,Oğul can verən yerdə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXoş gün bayramın olsun,Günəş seyranın olsun.Niyə gej-gej gəlirsən,Canım qurbanın olsun.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXoş günüm ayda getdi,Tor qurdum, çayda getdi.Mən günləri sayırdım,Tez gəldi, ay da getdi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXoya gəl, Mərəndə gəl,Bağdan bar dərəndə gəl.Sağlığında gəlmədin,Barı can verəndə gəl.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqXumar gözlər məstana,Adın sığmaz dastana.Ağla, a yarım ağla,Təki dəsmal istana.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqXumar-xumar baxan yar,A sultan yar, a xan yar.Ağlım almaq istəsən,Açıq saxla yaxan, yar.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkİçdik dərd ayağından,Dostam dərdə yaxından.Qəm başından Bikəsin,Tutmuş dərd ayağından.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqİgid gərək atlana,Atın minə, atlana.Mərd odur ki, döyüşdə,Hər yaraya qatlana.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqİgid paşa, say paşa,Sənə yoxdur tay, paşa.Koroğlu bir gəlibdi,Bir də gəlsə, vay, paşa.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqİgidin bir atıdır,Bir də təmiz zatıdır.Koroğluda qoçaqlıq,Onun ehtiyatıdır.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqİldırım çaxar gedər,Su gəlib axar gedər.Dostlar pis gündə gələr,Bivəfa baxar gedər.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətİlqarın oldu yalan,Könlümi etdin talan.Ayrılsın ayrı düşsün,Bizə ayrılıq salan.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqİncidən bəydi məni,Saraldan neydi məni.Dost bilib könül verdim,Bəd yerdə əydi məni.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqİncidir əğyar məni,Xəncər alıb yar məni.Gör nə zamandı zaman,Ovlayır bu sar məni.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatİrəfə düzdüm kasa,Kim endirə, kim asa.Sən orda şadlıq eylə,Mən burda batım yasa.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqİstəkanın bullurdan,İstərəm cani-dildən.Gətir caynaq çəkişək,Sən dodaqdan, mən dildən.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətİstəkanın qanlıdır,Əl vurma dərmanlıdır.Yurdumu xəbər alsan,Əslim Girdimanlıdır.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətİrəvan qana düşdü,Qəfil talana düşdü.Təbriz, Gəncə gəlmədiQollarım yana düşdü.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarİrəvanın bağları,Çiçək açıb tağları.Kim geriyə döndərərÖtüb keçən çağları?..Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatİstəmədim yad olsun,Nişan aldım ad olsun.Yardan mənə xəbər yaz,Mənim könlüm şad olsun.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkİşim aşmadı başdan,Gözüm doymadı yaşdan.Fələk mənə versəydi,Verərdi əzəl başdan.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqİşim düşdü bəndə, yar,Can qalmadı məndə, yar.Allah məni öldürsün,Sən də qurtar, mən də, yar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatİşini al ələ sən,Ömrü vermə yelə sən.Hər işdə səbirli ol,Peşman olar tələsən.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkKarvan yola düzülür,Ala gözlər süzülür,Necə mən ağlamayım,Əlim yardan üzülür.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatKeçdi bizim çağımız,Xəzan oldu bağımız.Yel əsdi, yağış yağdı,Töküldi yarpağımız.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkKəhərin sinə bəndi,Ovçunun binə bəndi.Mən dərddən qaçaq oldum,Dərd məndə binələndi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatKəkliyəm, fərəm sənsiz,Düşübdür pərən sənsiz,Yad eldə, yad ölkədə,İnan, gülmürəm sənsiz.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətKəm baxtı sönən qərib,Qürbət ölən qərib,Bəxtəvər günə düşdü,Vətənə dönən qərib.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqKəməndin atan tellər,Aşiqin satan tellər.Əl vurma, çalar səni,Qıvrılıb yatan tellər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatKəmər bağla belinə,Şərbət verim əlinə,Sən gəlinim olandaXına qoyum telinə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqKətanın var daraqda,Bir yar sevdim İraqda.İraqda olur – olsun,Sevgisi var ürəkdə.Oxu və paylaş →