Söz Bulaq loqosu

Xəstə Qasım

Dəli könül, məndən sənə əmanət

Qoşmalar
Dəli könül, məndən sənə əmanət,Demə bu dünyada qalım yaxşıdı.
Bir gün olar, qohum, qardaş yad olarDemə ulusum var, elim yaxşıdı.
Bir məclisə varsan özünü öymə,Şeytana bac verib, kimsəyə söymə,
Qüvvətli olsan da yoxsulu döymə,Demə ki, zorluyam, qolum yaxşıdı.
Qoçaqdan olubsan, qoçaq olgunan,Qadadan, baladan qaçaq olgunan,
Aşıq ol, comərd ol, alçaq olgunan,Demə; varım çoxdur, pulum yaxşıdı.
Xəstə Qasım, kimə qılsın dadını?Canı çıxsın, özü çəksin odunu,
Yaxşı igid yaman etməz adını,Çünki yaman addan ölüm yaxşıdı.