Söz Bulaq loqosu

Xəstə Qasım

Ay ariflər

Qoşmalar
Ay ariflər, bir tərlanım uçubdu,Sağ əlimdən sol əlimə alınca.
Onu tutan xeyrü-bəhrin görməsin,Mən yazığın naləsi var dalınca.
Gümüş kəmər bağlayıbdı belinə,Danışdıqca mail oldum dilinə,
Gül uzatdım nazlı yarın əlinə,Canım aldı, gülü məndən alınca.
Alimdən dərs aldım əlif-bey üçün.Sürahilər düzülübdü mey üçün,
Dəli könül, qəm çəkirsən nə üçün?Qəmli günün şad günü var yanınca.
Xəstə Qasım vədə verdi yüz ilə,Yaşılbaşlar göldən-gölə düzülə.
Bir igid ki, qatarından üzülə,Ölüm yeydi, bu dünyada qalınca.