Səni əhli-vəfa bilmişdim, ey gül, bivəfasənmiş,Bağışla, bilmədim biganələrlə aşinasənmiş.
Səni ayineyi-məqsud sandım rubəru durdum,Göründü əksi-surət, annadım kim, kəcnümasənmiş.
Səni Yusif bilib, verdim könül mülkündə sultanlıq,Əzizim, nuri-eynim,sən gəda oğlu gədasənmiş.
Səni üşşaq üçün söylərdim əvvəl rəhməti-həqsən,Vəli, ey mahru, sən gögdən enmiş bir bəlasənmiş.
Kimin zülfünə bənd oldunsa, Seyyid, bivəfa çıxdı,Şikayət etmə bir kəsdən, özün bəxti qərasənmiş.