Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Oğluma

Qəzəllər
Cəfər, ey qönçeyi-gülüstanım!Ey mənim bülbüli-xoş elhanım!
İki yüz yetmiş üçdə, bəd həzarMötədil fəsl idi zəmani-bahar,
Səni haqq mən fəqirə qıldı əta,Kəbeyi-qəlbimə yetişdi səfa.
On beş ildir ki, ey ətayi-əzim,Sənə adab eylərəm təlim.
Yetibən əqlə sərfraz oldun,Dəxi menden ki, biniyaz oldun.
Demirəm mən gedən təriq ilə get,Əqli tut, ol gözəl rəfıq ilə get.
Sənə bürhan deyil teriqi-pədər,Gör nə yol getdi zadeyi-Azer.
Demirəm, nıs ya müsəlman ol.Hər nə olsan, get əhli-ürfan ol,
Demirəm sünni ol və ya şiəTek hədəf olma tiri-teşniə.
Demirəm şeyxi ol və ya babi,Her nə olsan, tək olma qüllabi.
Ey gözüm nuru, ey ətayi-xuda,Sənə Şirvanda oldu neşv-nüma.
Lillahül-həmd xütteyi ŞirvanSaniyi-İsfəhandır bu zaman.
Gərçi virane oldu zəlzələden,Çıxmayıb mərifet bu merhelədən.
Vardır hər güşədə yüz əhli-kamal,Hər biri əhli-elm sahibi hal.
Xassə kim abü xakinin əsəri,Qabili terbiyət qıhr həcəri.
Remzi-hel yestəvi müdəlləl imiş,Bilməyendən bilen kəs əfzəl imiş.
Haqq buyurmuş ki, ixtilafi-lisanNemetimdəndir, ey gümhi-cahan!
Kim ki, bes bir dil eyləse hasil,Oldu bir nemətə o kes vasil.
Cəhd qıl nemeti-tamama yetiş,Elm tehsil qıl məqamə yetiş.
Ey oğul, bir lisanaol rağib,Xassə ol ms elminə talib.
Onlara ehtiyacımız çoxdur.Bilməsək dil, əiacımız yoxdur.