Yuxuda gördü şahi-Səncani-Ki, tökülmüş təmam dəndani.
Bir müəbbirdən etdi ani sual,Dedi: - Ey padişahi-ərşcəlal,
Bil ki, dəndandır sənə övlad,Böylə yazmış kitabdə ustad:
Öləcəkdir sənin çox övladın.Çıxacaq ərşə ahü fəryadın.
Dedi şəh: - Böylədir, deyil böhtan,Qətlinə eylədi onun fərman.
Tünd olub padşahi-danişvər,İstədi bir müəbbiri-digər.
Bu müəbbirdən etdi hali sual,Dedu: - Ey padşahi-nikufal,
Gördüyün xab üçün budur təbir,Həqq sənə lütf edibdi ömri-təvil.
Çün bu rəmzi eşitdi şahi-cavan,Verdi bu şəxsə xələti-əlvan.
Dedilər: - Ey şəhi-zəminü zəmən,Sadir oldu əcibə iş səndən.
Hər müəbbir ki, halı etdi bəyan,Söylədin böylədir, deyil böhtan.
Birini qanə eylədin qəltan,Birinə xələt eylədin ehsan.
Dedi: - Ari, o iki mərdi-dilirYuxumu yaxşı etdilər təbir.
Leyk əvvəlki şəxs idi nadan,Sözü bipərdə qıldı şərhü bəyan.
Neçə əvvəlki eylədi təbir,Sonrakı eylə qıldı həm təqrir.
Sözü lazımdı şəxs eylə desin-Ki, təbiət o sözdən inciməsin.