Cəfər, ey nuri-dideyi-Seyyid,Qönçeyi-növrəsideyi-Seyyid!
İttifaq eylə dust ilə hər an,İttifaq ilə əmr olur asan.
Dəhrdə etmə iftiraqə həvəs,İttifaq ilə kəslər olmuş kəs.
Vardır, ey baği-ömrümün şəcəri,İttifaq etməyin gözəl səməri.
İttifaq eyləyəndə beş barmaq,Xeyli asandı bir şeyi tutmaq.
Yoxdur, ey sərvərim, tək əldə səda,İttifaq ilədir sürurü səfa.
Edəsən guş gər bu timsali,Səni filcümlə eyləyər hali.