Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Loğmanın vəqəsi

XIX əsrin şeirləri
Belə təqrir ediblər əhli-bəyan,Həbəş əhliydi həzrəti-Loğman.
Surəti sanki bir tutulmuş mah,Ləb sitəbr idi, rəngi-ruyisiyah.
Dedilər: - Ey güli-riyazi-ədəb,Sənə nə hüsi əta edibdir rəbb?
Dedi: - Pərvərdigari-ərzü səmaHüsni-batin mənə edibdir əta.
Hüsni-zahir əgərci əhsəndir.Leyk ondan ədəb mühəssəndir.
Hüsndür gərci bir ətiyyeyi-rəbb,Leyk ondan gözəldir hüsni-ədəb.