Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Oğluma nəsihət

XIX əsrin şeirləri
Vaqif ol, ey nəcibü fərzanə,Lən edirsən həmişə şeytanə...
Hər işi eylədin özün həlvət,Bircə şeytanə vermədin fürsət.
Sonra şeytanə lənət eylərsən,Maşallah, qiyamət eylərsən.
Dəyməsin göz, qəribə zirəksən,Bu fərasətdə dəhrdə təksən.
Bir bəyan eylə ki, haçan şeytanSənə bir məsiyətdə oldu əyan?
Sən ki oldun bu günə məstü xərabSənə şeytan nə vəqt verdi şərab?
Sənə şeytan haçan olub saqi,Sənə kim verdi bəngü tiryaki?..
Səni həqq qıldı faili muxtar,Hər əməl qılsan, ixtiyarın var.
Xeyrü şər rahıdır sənə məlum,Getmə sən rahi-şərrə, ey məxdum.
Səni həqq şərrə etməyib məcbur,Bu xəyalət əqldəndir dur.
Ol xəbərdar kim, həkimü ğəniEtməyib nəfsə vagüzar səni...
Ol həkimü əlimü daşadır,Özü zibavü feli zibadır.