Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Oğluma nəsihət

XIX əsrin şeirləri
Ey oğul, bil ki, ol əta kaniXəlq edib səndən ötrü dünyani.
Sənə etmiş müsəxxər əflaki,Başına qoydu taci-lovlaki,
Məhü xurşidü çərxü əbr ilə badSəndən ötrü olubdular icad.
Səndən ötrü bular nümayandır,Əmrüvə cümlə bəndəfərmandır.
Ey oğul, ərzü asimandü sənin,Əsldə kövi ilə məkandü sənin.
Aşinadır bular sənə yeksər,Çeşmi-biganə ilə etmə nəzər.
O çoban kimi olma, ey xoşxu,Nagahan tapdı yolda bir güzgü.
Əlinə şadiman aldı çoban,Baxıb öz əksin onda gördü əyan.
Dedi: - Əfv eylə, ey məlaik xu,Elə bildim ki, səngü gildir bu.
Əksini özgə kəs xəyal etdi,Qoyub ayinni yerə, getdi.