Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Harun və şairlər əhvalatı

XIX əsrin şeirləri
Gəldi Harun üçün iki şair,Hərə bir fərd eyləyib zahir.
Bu idi fərdi-əvvələ məna-Ki, olur yaxşı felə yaxşı cəza.
Fərdi-sanidə həm bu idi əYan-Ki, həmişə olur yamanə yaman.
Şairi-əvvələ o fəxri-kübarMərhəmət qıldı min ədəd dinar.
Şairi-saniyə həm etdi ətaƏvvəlin nisfini, o kani-səxa.
Əhli-bəzm oldu bu işə heyran,dedilər: - Ey xəlifeyi-dövran,
birdi mənadə kim, bu iki kəlam,bəs nədən oldu müxtəlif ənam?
Dedi kim, şəxs olsa xoştinət.Yaxşılıqdan müdam edər söhbət.
Var idi tinətində çünki səfa,Yaxşılıq fərdin eylədi o əda.
Ol birində yamanlıq oldu nihan,Odu kim, söylədi yamanə yaman.
Sifəti-sahibi-kəlamdı söz,Batin asarına təmamdı söz.