Dusti-girami, sənə olsun səlam!Sənsiz olub eyş bizimçim həram.
Gül açılıb, mövsümi-gülzardır,Bülbüli-xoşləhcə yenə zardır.
Daği-dilin zahir edib lalələr,Sağəri-reyhanə dolub jalələr.
Hüdhüd olub qasidi-şəhri-Səba,Müjdə verir aləmə badi-səba.
Təxtə çıxıb bağdə sultani-gül,Zahir edib şövkət ilə şan gül.
Sərv açıb bağdə xəzra ələm,Lalə olub xosrovi-mülkiƏcəm.
Səfheyi-gülzar olubdur səfa,Bülbül oxur nəğməni sübhü məsa.
Fərşi-zümürrüd döşənib gülşənə,Çümlə olub bağ müəttər yenə.
Aç gözümi, səfheyi-gülzarə gəl,Az bu qədər möhnət ilə zarə gəl!
Çək çəmənə Yusifi-dövranı sən.Kövkəbi-rəxşan, məhi-tabanı sən.
Bas qədəmin, bağı elə payimal,Qalmaya gülzardə hərgiz cəlal.
Seyyid ilən seyri-gülüstan elə,Düşməni-nadan ciyərin qan elə!