Əla, ey sərvəri-niku-xəsail-Ki, səndəndir fəxarət ruzigarə.
Əla, ey sərvəri kim, seyti-fəzlinYetib aləmdə gün tək iştiharə.
Keçən gün tifli-çakərzadə ilə-Ki, həq vermiş onu məni dilfikarə,
Durub qəm kəsrətindən kuçə içrə,Edirdik əcz ilə hər yan nəzarə,
Nümayan oldu nagəh bir cənazə,Aparırlardı dəfn üçün məzarə.
Düşüb bir tifl dalınça o nəşin,Edib qəmdən yaxasın parə-parə.
Açıb başın, töküb gülrəng yaşın,Gəlib fəryadə manəndi-bəzarə.
Deyərdı nalə ilə key, babacan,Aparırlar səni bir bəd diyarə:
Lihafın xiştü bəstər qarə torpaq,Olur tömə vücudin murü marə.
Nə abü nə qida, nə şəmü şərbət,Misali-bəxti-əhli-şer qarə.
Bu halı tifli-çakərzadə görcək,Gəlib fəryadə düşdü ahü zarə-
Ki, vaveyla, məgər ağa, bu nəşiQoyacaqlar bizim evdə məzarə?
Dedim:-Ey nuri-çeşmim, bu nə sözdür,Bu gunə sözləri eylə kənarə. Dedi:-
Bu vəsflər kim, söylər ol tifl.Bizim ev halətin gətdi şümarə-
Ki, nə abü ğiza, nə şəmü şərbət,Çəkibdi fəqr odu onda şərarə.
Həqiqət hal, ey fəxri-zəmanə,Bu halətdir nihanü aşikarə.
Əgər bundan ziyadə kəşf qılsam,Düşər od xirməni-səbrü qərarə.
Ümidi-Seyyid oldur bu məlalə-Ki, etsin himmətin lütf ilə çarə.
Behəqqi - Seyyidi -ruzi-qiyamət-Ki, şafedir hami xürdü kibarə.
Nə xahiş eyləsən, olsun müyəssər,Yetişsin şövkəti ruzi-şümarə.