Bir ayı yatmış idi rahətlə,Uzanıb xeyli istirahətlə.
Bir siçan ayı üstən etdi güzar,Oldu ol ayı xabdən bidar.
Əl atıb muşi eylədi nəxcir,Durdu yalvarmağa ona o fəqir.
Dedi ki, sən məni gəl eylə rəha,Yer düşər eylərəm əvəz peyda.
Ayı güldü, onu rəha qıldı,Siçanın mətləbin rəva qıldı.
Bir zaman ovçu qurmuş idi dam,Düşdü dam içrə ol qəvi-əndam.
Nə qədər zur qıldı ol məğrur.Damı qırmaqlıq olmadı məqdur.
Bağırıb naləvü fəğan etdi,Göz yaşın seyl tək rəvan etdi.
Ayının naləsin eşitdi siçan,Bildi kim, dami-dərdədir piçan.
Gəldi kəsdi dişiylə ol damı,Ayıya eylədi sərəncamı.
Dedi ayı ki, qalmadım qəmdə,Yaxşılıq itməz imiş aləmdə...